Aytac Natiq qızı Cəfərova

Aytac Natiq qızı Cəfərova – 15.04.2002-ci ildə Qazax şəhərində anadan olub. 2008-ci ildə Qazax şəhəri İ.Qayıbov adına tam orta məktəbə daxil olub, 2019-cu ildə həmin məktəbi bitirib.

2010-2017-ci illərdə Ağstafa rayon Hüseyn Arif adına Uşaq Musiqi məktəbində forte-piano ixtisası üzrə təhsil alıb.

2020-ci ildə Bakı Dövlət Universitetinin Qazax filialına daxil olub, 2024-cü ildə bitirib.

2023-cü ildə Qazax Dövlət Dram Teatrında aktrisa vəzifəsində çalışmağa başlayıb. Teatrda yeni fəaliyyətə başlamasına baxmayaraq bir sıra rolun öhdəsindən məharətlə gəlib.

İfa etdiyi rollar:

Ağalar İdrisoğlu – “Dosye” (Yeşim) 2023

Dəniz quldularının Yeni il məcaraları (Qar qızı) 2023

İskəndər Coşqun – “Ana laylası” (Xatın) 2023

İskəndər Coşqun – “Çal oyna” (Tülkü) 2024

Turqut Özakman – “Adət” (Zöhrə) 2024

İlyas Əfəndiyev – “Sən həmişə mənimləsən” (Surik) 2024

Vüsal Hüseynov – “Keçəlin toyu” (Bahar qız) 2024

Əli Əmirli – “Onun iki qabırğası” (Ceyran) 2024

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir