“Bir çətir altında – MƏN” tamaşasının böyük uğuru
(Teatral yazılar silsiləsindən maraqlı bir tamaşa haqqında fikirlərim) 2024-cü ilin 28 oktyabr – 3 noyabr tarixləri arasında Qazaxıstanın paytaxtı Astana şəhərində 3-cü Beynəlxalq Teatr Festivalı keçirilib. Əsasən Orta Asiya respublikalarının iştirak etdiyi bu festivala Azərbaycan da qatılıb və Respublikamızı bu mötəbər sənət tədbirində 87 yaşlı Qazax Dövlət Dram Teatrı təmsil etmişdir. Onu da vurğulamaq istəyirəm…