Dekabrın 7-də “Səmirsiz” tamaşasının premyerası olacaq

🎭 Əziz teatrsevərlər, bu şənbə günü (07.12.2024) saat 12:00-da Semuel Bekketin “Sözsüz əməl” pyesinin motivləri əsasında hazırlanmış “Səmirsiz” (absurd sükut) mono-tamaşasının premyerası olacaq.

Rejissor Abdulla Elşadlıdır.

Quruluşçu rəssamı Sahib Əhmədov (Şəki Dövlət Dram Teatrının baş rəssamı), bəstəkarı Azər Hacıəsgərli, prodüseri Allahverdi Musayev (Qazax Dövlət Dram Teatrının direktorəvəzi), butafor-rəssamı Sayad Məmmədovdur (Qazax Dövlət Dram Teatrının baş rəssamı).

İfa edir: Rüfət Ömər

🗣️Hər kəs dəvətlidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir