Qazax Dövlət Dram Teatrı yeni mövsümün açılışını etdi

Bu gün yazıçı-dramaturq Əli Əmirlinin “Onun iki qabırğası” tamaşası ilə yeni mövsümün açılışı oldu.

Tamaşadan öncə Qazax Dövlət Dram Teatrının direktor əvəzi Allahverdi Musayev və baş rejissoru Musa Eyyubov teatrımızın aktyoru Aydın Orucovdan söz açdılar, ardınca mərhumun ruhu 1 dəqiqəlik sükutla yad edildi.

Teatrsevərlərə yeni mövsümdə görüləcək işlərdən bəhs edildi. Daha sonra tamaşa təqdim edildi.

Səhnə əsəri tamaşaçılar tərəfindən böyük maraqla qarşılandı.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir