Qazaxda bu dəfə Novruz bayramı toylu-büsatlı olacaq: Bəs, kimə toy çalınacaq?
Bu sirr 19, 20 mart, saat 12:00-da Qazax Dövlət Dram Teatrının səhnəsində ilk dəfə nümayiş etdirilən “Keçəl və Siçan” nağıl-tamaşasında açılacaq. Ənənəvi Novruz tamaşalarından olduqca fərqlənən bu əyləncəli interaktiv səhnə oyunu azyaşlılar və valideynləri üçün xüsusi hadisəyə çevriləcək.
Vüsal Hüseynovun yazıb quruluş verdiyi tamaşa sevilən personajlar, parlaq dekorasiyalar, rəqs və mahnı nömrələri ilə zəngin səhnə şousudur.
Tamaşa boyu uşaqlar birbaşa iştirakçıya çevrilərək süjetin gedişində fəal rol oynayırlar. Hadisələr hər personajın özünəməxsus musiqi və rəqsi ilə irəliləyir.
Bu əyləncəli, maarifləndirici və dinamik nağıl 1 yaşdan yuxarı uşaqlar üçün nəzərdə tutulub. Eyni zamanda valideynlərlə izləmək üçün idealdır. Uşaqlarınızla ailəvi bayram sevinci yaşamaq fürsətini qaçırmayın!
Tamaşanın müddəti: 1 saat.
Tədbirin keçiriləcəyi məkan dəyişməzdir: Qazax Dövlət Dram Teatrı (Qazax Mədəniyyət Mərkəzinin binası)
Bilet qiymətləri: 5 AZN
5 yaşadək uşaqlar üçün giriş pulsuzdur (valideyn bileti olduğu halda)
Biletləri Qazax Dövlət Dram Teatrının kassasından və ya Dəniz Kitab Evindən əldə etməyə tələsin!
Məlumat və bron üçün: +994 70 327 40 20