“Keçəl və Siçan” nağıl-tamaşası – AFİŞA

Qazaxda bu dəfə Novruz bayramı toylu-büsatlı olacaq: Bəs, kimə toy çalınacaq? Bu sirr 19, 20 mart, saat 12:00-da Qazax Dövlət Dram Teatrının səhnəsində ilk dəfə nümayiş etdirilən “Keçəl və Siçan” nağıl-tamaşasında açılacaq. Ənənəvi Novruz tamaşalarından olduqca fərqlənən bu əyləncəli interaktiv səhnə oyunu azyaşlılar və valideynləri üçün xüsusi hadisəyə çevriləcək. Vüsal Hüseynovun yazıb quruluş verdiyi tamaşa…

Davamını oxu

8 Mart münasibətilə “Bir gecənin nağılı” tamaşası nümayiş olunub

Qazax Dövlət Dram Teatrında 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə “Bir gecənin nağılı” tamaşası nümayiş etdirilib. Teatrsevərlər tərəfindən maraqla qarşılanan komediya iki gəncin gecə saatlarında parkda təsadüfi nağıl kimi qarşılaşması ilə başlayır. Hadisələr bir sevgi hekayəsi üzərində qurulsa da, əslində burada cəmiyyətin (ailələrin) üzləşdiyi aktual problemlər, valideyn-övlad münasibətlərindəki anlaşılmazlıqlar, bu münasibətlərin ailədə şəxsiyyətin formalaşmasına…

Davamını oxu

“Xocalı harayı” ədəbi-bədii kompozisiyası nümayiş etdirilib – FOTOLAR

Qazax Dövlət Dram Teatrında XX əsrin qanlı faciəsi – Xocalı soyqırımına həsr edilmiş “Xocalı harayı” adlı ədəbi-bədii kompozisiya nümayiş etdirilib. Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin də dəstəyi ilə nümayiş olunan səhnə əsərindən öncə tədbir iştirakçıları tərəfindən Qazax şəhərindəki Şəhidlər xiyabanı ziyarət olunub, “Əbədi məşəl” kompleksi və vətən uğrunda canından keçmiş şəhidlərin abidəsi önünə tər qərənfillər düzülüb…

Davamını oxu

“Şəhid atası” Ümumxalq Hüzn Günü münasibətilə nümayiş etdirilib – FOTOLAR

Yanvarın 19-u saat 14:00-da 20 Yanvar – Ümumxalq Hüzn Günü münasibətilə Qazax Rayon Mədəniyyət Mərkəzi, Qazax Dövlət Dram Teatrı və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Qazax rayon Komitəsinin əməkdaşları Qazax şəhərindəki Şəhidlər xiyabanını ziyarət ediblər. Əbədi məşəl kompleksi və vətən uğrunda canından keçmiş şəhidlərin abidəsi önünə tər qərənfillər düzülüb. Ziyarətdən sonra saat 15:00-da hər üç qurumun…

Davamını oxu