Qazax Dövlət Dram Teatrı bu gün “Arkoz Qazax Sement Zavodu”nun əməkdaşları üçün “Şəhid atası” tamaşasını təqdim edib.
Tamaşa zavodun akt zalında nümayiş etdirilib.
Vətən Müharibəsinə həsr edilən səhnə işi tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.
Tamaşa yazıçı-dramaturq Əli Əmirlinin “Xeyir xəbər” pyesinin motivləri əsasında hazırlanıb.
Quruluşçu rejissoru Qazax Dövlət Dram Teatrının baş rejissoru, əməkdar artist Musa Eyyubov, quruluşçu rəssamı Aysan Omarova, musiqi tərtibatçısı Vahid Bayramovdur.