“Love Butik” tamaşası “Azdrama”da nümayiş etdirilib – FOTOLAR

Yanvarın 8-i, saat 19:00-da Qazax Dövlət Dram Teatrının “Love Butik” tamaşası “Bölgə teatrlarının Bakı premyerası” layihəsi çərçivəsində Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində nümayiş etdirilib, tamaşa “Mədəniyyət” kanalı vasitəsilə canlı yayımlanıb. Bu səhnə əsəri kənardan xoşbəxt görünən ər-arvadın əslində bir-birinə yad insanlar olmasından, onların arasında yaranmış uçurumun kənarında son nəfəslərini verənədək mübarizə aparmasından bəhs…

Davamını oxu

“Səmirsiz” mono-tamaşası “Azdrama”da nümayiş etdirilib – FOTOLAR

Yanvarın 8-i, saat 16:00-da Qazax Dövlət Dram Teatrının “Səmirsiz” tamaşası “Bölgə teatrlarının Bakı premyerası” layihəsi çərçivəsində Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində nümayiş olunub. Tamaşaçılar tərəfindən maraqla qarşılanıb. Rejissor Abdulla Elşadlının quruluş verdiyi mono-tamaşa Semuel Bekketin “Sözsüz əməl” pyesinin motivləri əsasında hazırlanıb. Tamaşanın quruluşçu rəssamı Sahib Əhmədov (Şəki Dövlət Dram Teatrının baş rəssamı), bəstəkarı…

Davamını oxu

“Love Butik” tamaşası “Mədəniyyət” kanalında canlı göstəriləcək

Yanvar 8-i, 19:00-da Qazax Dövlət Dram Teatrının “Love Butik” adlı sevgi dramı “Mədəniyyət” kanalının canlı efirində nümayiş olunacaq. Tamaşa yazıçı Jalə İsmayılın “Ametist xanım və Apatit bəy” pyesi əsasında Qazax Dövlət Dram Teatrında səhnələşdirilib, premyerası olub. Quruluşçu rejissoru Mirzə Nicatdır. Səhnə əsəri “Mədəniyyət” kanalı, Qazax Dövlət Dram Teatrı, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı, Azərbaycan…

Davamını oxu

“Yeni il möcüzəsi” nağıl tamaşası – AFİŞA

30, 31 dekabr, 1, 2 yanvar tarixlərində, saat 12:00-da Qazax Dövlət Dram Teatrının səhnəsində “Yeni il möcüzəsi” nağıl tamaşası nümayiş etdiriləcək. Tamaşanın müəllifi və quruluşçu rejissoru Vüsal Hüseynovdur. Biletləri elə indi əldə edin ki, Yeni il möcüzəsinə gecikməyəsiniz. Yolunuzu gözləyirik. Qeyd: Şəhid və qazi övladlarına, eləcə də yaşı 5-ə çatmamış uşaqlara giriş pulsuzdur.

Davamını oxu

Qazax Dövlət Dram Teatrına “Səmirsiz”lik çökdü

Dekabr ayının 7-də Qazax Dövlət Dram Teatrına “Səmirsiz”lik çökmüşdü. Səbəb həmin gün bu teatrın səhnəsində tamaşaçıları tamaşa sonrası bir saatdan çox saxlayan, qızğın müzakirəyə səbəb olan, Samuel Bekketin “Sözsüz əməl” pyesinin motivləri əsasında səhnələşdirilmiş “Səmirsiz” tamaşası idi. Kulis.az xəbər verir ki, səhnə əsərinin müəllifi rejissor Abdulla Elşadlı, quruluşçu rəssamı Sahib Əhmədov (Şəki Dövlət Dram Teatrının…

Davamını oxu

“Səmirsiz” mono-tamaşasının premyerası olub

Dekabrın 7-i saat 12:00-da Qazax Dövlət Dram Teatrında “Səmirsiz” tamaşasının premyerası baş tutub. Rejissor Abdulla Elşadlının quruluş verdiyi mono-tamaşa Semuel Bekketin “Sözsüz əməl” pyesinin motivləri əsasında hazırlanıb. Tamaşa qazaxlı izləyicilər tərəfindən maraqla qarşılanıb. Premyera sonrası tamaşaçılar və yaradıcı heyətlə səhnə əsəri haqqında maraqlı müzakirə təşkil edilib. Tamaşanın quruluşçu rəssamı Sahib Əhmədov (Şəki Dövlət Dram Teatrının…

Davamını oxu

Dekabrın 7-də “Səmirsiz” tamaşasının premyerası olacaq

🎭 Əziz teatrsevərlər, bu şənbə günü (07.12.2024) saat 12:00-da Semuel Bekketin “Sözsüz əməl” pyesinin motivləri əsasında hazırlanmış “Səmirsiz” (absurd sükut) mono-tamaşasının premyerası olacaq. Rejissor Abdulla Elşadlıdır. Quruluşçu rəssamı Sahib Əhmədov (Şəki Dövlət Dram Teatrının baş rəssamı), bəstəkarı Azər Hacıəsgərli, prodüseri Allahverdi Musayev (Qazax Dövlət Dram Teatrının direktorəvəzi), butafor-rəssamı Sayad Məmmədovdur (Qazax Dövlət Dram Teatrının baş…

Davamını oxu

Bu gün “Love Butik” tamaşası nümayiş olunub

Qazax Dövlət Dram Teatrı bu gün qazaxlı tamaşaçılar üçün “Love Butik” tamaşasını nümayiş etdirib. Bu səhnə əsəri kənardan xoşbəxt görünən ər-arvadın əslində bir-birinə yad insanlar olmasından, onların arasında yaranmış uçurumun kənarında son nəfəslərini verənədək mübarizə aparmasından bəhs edir. Jalə İsmayılın “Ametist xanım və Apatit bəy” pyesi əsasında hazırlanan tamaşa qazaxlı tamaşaçılar üçün maraqla qarşılanıb, alqışlarla…

Davamını oxu

Şənbə günü “Love Butik” tamaşasını izləməyə dəvət edirik – AFİŞA

Noyabrın 30-u (şənbə günü) saat 12:00-da Jalə İsmayılın “Ametist xanım və Apatit bəy” pyesi əsasında Mirzə Nicatın quruluş verdiyi “Love Butik” tamaşası olacaq. Payıza təsadüf edən bu günlərdə “Payız Pəncərəni döyür” deyəcəyik. Gəlin, birlikdə “Love Butiki”in romantik abu-havasına düşüb “payız pəncərəmi döyür” oxuyaq!

Davamını oxu