Yusif Qoca oğlu Həsənov – 19.06.1989-cu ildə Qazax rayonunun Ürkməzli kəndində anadan olub. Qazax şəhəri S.Vurğun adına 2 №-li orta məktəbdə təhsil alıb. 2007-2011-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatr və kino aktyorluğunu bitirib.
2013-cü ildən Qazax Dövlət Dram Teatrında fəaliyyət göstərir. Fəaliyyət göstərdiyi müddətdə 30-dan çox tamaşalarda rollar ifa edib.
İfa etdiyi rollar:
Slovomer Mrojek – “Mühacirlər” 2013
G.Xuqayev – “Elbrus evlənir” (Elbrus) 2013
Əbdürrəhim bəy Haqverdiyev – “Kimdir müqəssir” (Adəm) 2013
Mar Baycıyev – “Ər və arvad” (Əziz) 2013
Əli Əmirli – “Kişi və qadın” (Əvəz) 2014
Aleksandr Çıxaidze – “Sərbəst mövzu” (Tamaz) 2015
Əhməd Orucoğlu – “Sevmək qadağandır” (Rəşad) 2015
Cəfər Cabbarlı – “Solğun çiçəklər” (Bəhram) 2016
Elçin – “Dəlixanadan dəli qaçıb” (Əbədi işçi) 2016
Əbdürrəhim Bəy Haqverdiyev – “Bəxtsiz cavan” (Fərhad) 2017
Vaqif Səmədoğlu – “İntihar” (Cabir) 2018
Əli Əmirli – “Xoşbəxt gün” (Oğul) 2018
Oqtay Altunbay – “40-cı otaq” (Altundaş) 2019
Con Steynberq – “Siçanlar və adamlar” (Georgi) 2019
İlqar Fəhmi – “Son reportaj” (Teymur Miri) 2019
Əhməd Orucoğlu – “Pul dəlisi” (Dəli) 2019
Mar Baycıyev – “Duel” (Əziz) 2021
Con Qolsuorsi – “Birincilər və sonuncular” (Jorens Dorrant) 2021
Əhməd Orucoğlu – “Quluqçu axtarıram” (Vəkil) 2022
Dəniz quldurlarının yeni il məcaraları (aparıcı oğlan) 2023
Tuncər Cücənoğlu – “Dosye” (Sonər) 2023
A.İdrisoğlu – “İnan mənə” (Elçin Poladlı) 2023
İ.Fəhmi – “Son reportaj” (Təyyar Miri) 2023
Jalə İsmayıl – “Love Butik” (Cavan oğlan) 2024