Xəzər Novruz oğlu Gəncəli

Xəzər Novruz oğlu Gəncəli – 26 yanvar 1956-cı ildə Bakı şəhərində anadan olub. 1978-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Unversitetinin “Dram rejissorluğu” fakültəsini bitirib.

1983-1997 – ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində rejissorluq və aktyorluq fənni üzrə pedaqoq işləyib. 2002-2014-cü illərdə ərzində İstanbul Mərmərə Universitetində teatr fənni üzrə müəllim olaraq fəaliyyət göstərib.

2011-ci ildə İstanbulda Xəzər Gəncəlinin “Yönetmen ve oyun” (“Rejissor və pyes”) adlı elmi-nəzəri kitabı çapdan çıxıb.

2015-2018-ci illər arasında Mingəçevir Dövlət Dram Teatrında baş rejissor olaraq çalışıb. 1997-ci ildən sənətşünaslıq üzrə fəlsəfə doktorudur. 2018-ci ildə Respublikanın Əməkdar Artisti fəxri adına layiq görülüb.

Hazırda Qazax Dövlət Dram Teatrında rejissor olaraq çalışır.

Qazax Dövlət Dram Teatrında quruluş verdiyi tamaşalar:

Ağalar İdrisoğlu – “İnan mənə” 2023

Tuncər Cücənoğlu  – “Dosye” 2023

Turqut Özakman – “Adət” 2024

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir