Səyyat Mustafa oğlu Məmmədov – 15.03.1959-cu ildə Qazax rayonunun Kəmərli kəndində anadan olub. 1977-ci ildə Kəmərli kənd orta məktəbini bitirib Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbinə daxil olub. 1981-ci ildə həmin məktəbin bədii tərtibat ixtisasını bitirib.
1981-1985-ci ildə təyinatla Bakı Bədii Hədiyyələr fabrikində rəssam-modelyer işləyib. 1985-1989-cu illərdə Azərbaycan Yazıçılar İttifaqının və Mədəniyyət Nazirliyinin orqanı olan “Ədəbiyyat və İncəsənət” qəzetinin rəssamı kimi fəaliyyətinə davam edib. Respublikanın bir sıra mətbuat orqanlarında bədii əsərlərə çəkdiyi illüstrasiyalar, plakat, tərtibat işləri, satirik rəsmləri maraqla qarşılanıb.
1989-cu ildə Qazax Dövlət Dram Teatrına işə qəbul edilən S.Məmmədov qısa bir müddət dekorator-rəssam kimi çalışdıqdan sonra quruluşçu rəssam kimi fəliyyətini davam etdirib.
35 ildir ki, eyni zamanda teatrın baş rəssamıdır. Bu günədək 60-a yaxın tamaşaya quruluş verib.
Quruluşunda iştirak etdiyi tamaşalardan nümunələr:
“Bu gün qana-qan günüdür” (ədəbi-bədii kompozisiya) – 1992
Firidun Aşurov. “Qırat ağlayır” (M.Axundovun “Molla İbrahimxəlil kimyagər” kemediyası əsasında) – 1993
Panco Pançev (bolqar). “Qızıl bilərzik” pyesi – 1994
Karl Vitlinger (alman). “Ulduzdan düşən adam” pyesi – 1995
Mehdi Hüseyn. “İntizar” pyesi – 1997
Rövşən Ağayev. “Yeddi oğlan və bir qız” pyesi – 1998
Cəfər Cabbarlı. “Solğun çiçəklər” pyesi – 1998
İlyas Əfəndiyev. “Məhv olmuş gündəliklər” pyesi – 1999
Mirzə Fətəli Axundov. “Müsyö Jordan və dərviş Məstəlişah” komediyası – 2000
İmran Qasımov, Həsən Seyidbəyli. “Sən nə üçün yaşayırsan” pyesi – 2000
Georgi Xuqayev (osetin). “Arvadımın əri” pyesi – 2000
Altay Məmmədov. “Yadındamı” pyesi – 2001
Mar Baycıyev (qırğız). “Toy günü ayrılıq” pyesi – 2001
Vaqif Səmədoğlu. “Mamoy kişinin yuxuları” pyesi – 2001
Anatoli Safranov (rus). “Kişilərə inanmayın” pyesi – 2002
Şəhrabi Əliyev (tacik). “Nəsrəddinin yuxusu” pyesi -2002
Süleyman Sani Axundov. “Tamahkar” pyesi – 2002
Sabit Rəhman. “Yalan” pyesi – 2002
Firuz Mustafa. “Sənə sözüm var” pyesi – 2003
Əli Əmirli. “20 ildən sonra” pyesi – 2003
Əbdürrəhim bəy Haqverdiyev. “Pəri cadu” pyesi – 2003
Əli Əmirli. “Onun iki qabırğası” pyesi – 2004
Nəcəf bəy Vəzirov. “Daldan atılan daş topuğa dəyər” pyesi – 2004
Cəfər Cabbarlı. “Vəfalı Səriyyə” pyesi – 2005
Əhməd Orucoğlu. “Pul dəlisi” pyesi – 2005
Şıxəli Qurbanov. “Sənsiz” pyesi – 2005
Əli Əmirli. “Köhnə ev” pyesi – 2006
Elçin. “Qatil” pyesi – 2006
Firuz Mustafa. “Qarışqa tələsi” pyesi – 2006
Sabit Rəhman. “Əliqulu evlənir” pyesi – 2007
Cəfər Cabbarlı. “Solğun çiçəklər” pyesi – 2007
Əhməd Əhmədov. “Zamanın faciəsi” pyesi – 2007
Georgi Xuqayev (osetin). “Mənim qaynanam” – 2007
Anatoli Safranov (rus). “Cinayəsiz cəza” komediyası – 2007
Elçin. “Mənim ərim dəlidir” pyesi – 2008
Orxan Kamal (türk). “Yad qızı” pyesi – 2009
İmran Qasımov, Həsən Seyidbəyli. “Sən nə üçün yaşayırsan” – 2009
Vaqif Səmədoğlu. “Bəxt üzüyü” pyesi – 2010
Bəxtiyar Vahabzadə. “Yağışdan sonra” pyesi – 2012
Nəcəf bəy Vəzirov. “Daldan atılan daş topuğa dəyər” pyesi – 2014
İlyas Əfəndiyev. “Sən həmişə mənimləsən” pyesi – 2014
Əli Əmirli. “Kişi və qadın” pyesi – 2014
Elçin Hüseynbəli. “İmperator” pyesi – 2014
İsgəndər Coşqun. “Ana laylası” pyesi – 2015
Elçin. “Mənim sevimli dəlim və ya dəlixanadan dəli qaçıb” pyesi – 2016
Viktor Hüqo (fransız). “Bir edam məhkumunun son günü” pyesi – 2018
Əli Əmirli. “Xoşbəxt gün” pyesi – 2018
Əhməd Orucoğlu. “Pul dəlisi” pyesi – 2019
Con Steynbek (ingilis). “Adamlar və siçanlar” pyesi – 2019
Mar Baycıyev (qırğız). “Duel” pyesi – 2021
Əhməd Orucoğlu. “Qulluqçu axtarıram” pyesi – 2022
Jalə İsmayıl. “Min bir gecəlik kitabxana” pyesi – 2022
Ağalar İdrisoğlu. “İnan mənə” pyesi – 2023
Tuncər Cücənoğlu (türk). “Dosye” pyesi – 2023
Jalə İsmayıl. “Love butik” pyesi – 2024
Turqut Özakman (türk). “Adət” pyesi – 2024