Qazax Dövlət Dram Teatrının hazırladığı “Şəhid atası” tamaşası bu gün növbəti dəfə qazaxlı məktəblilər üçün nümayiş etdirilib.
Vətən Müharibəsinə həsr edilmiş tamaşa məktəbli tamaşaçılar tərəfindən maraqla, gur alqışlarla qarşılanıb.
Tamaşa yazıçı-dramaturq Əli Əmirlinin “Xeyir xəbər” pyesinin motivləri əsasında hazırlanıb.
Quruluşçu rejissoru Qazax Dövlət Dram Teatrının baş rejissoru, əməkdar artist Musa Eyyubov, quruluşçu rəssamı Aysan Omarova, musiqi tərtibatçısı Vahid Bayramovdur.