Səyalı Kamal qızı İsmayılova – 15.06.1962-ci ildə Qazax rayonun Daş Salahlı kəndində anadan olub. 1969-cu ildə Daş Salahlı kənd orta məktəbinə daxil olub, 1979-cu ildə bitirib. 1981-ci ildə Mədəni Maarif Texnikumunun özfəaliyyət dram kollektivi rəhbəri ixtisasını bitirib.
Qazax Dövlət Dram Teatrında 1999-cu ildən fəaliyyət göstərir. İndiyədək 50-dən çox rol obraz canlandırıb.
İfa etdiyi rollar:
Cəfər Cabbarlı – “Solğun çiçəklər” (Pəri) 1999
Georgi Xuqayev – “Arvadımın əri” (Fərizət) 2000
Mirzə Fətəli Axundov – “Müsyo Jordan və Dərviş Məstəli şah” (Şərəfnisə) 2000
Vaqif Səmədoğlu – “Mamoy kişinin yuxuları” (Kəlmə qarı) 2001
Anatoli Safranov – “Kişilərə inanmayın” (Naydyanova) 2002
Sülüyman Sani Axundov – “Tamahkar” (Şərəf xanım) 2002
Sabit Rəhman – “Yalan” (Şəlalə) 2002
Əli Əmirli – “İyirmi ildən sonra” (İşıq) 2003
Firuz Mustafa – “Sənə sözüm var” (Gülya) 2003
Nəcəf Bəy Vəzirov – “Daldan atılan daş topuğa dəyər” (Xırdaxanım) 2004
Ə.Haqverdiyev – “Bəxtsiz cavan” (Mehri xanım) 2004
Cəfər Cabbarlı – “Vəfalı Səriyyə” (qız) 2005
Elçin – “Qatil” (müəlimə) 2006
Əli Əmirli – “Köhnə ev” (Mələk) 2006
Ş.Qurbanov – “Sənsiz” (Sevinc) 2006
Seyfəddin Dağlı – “Oyun bitdi” (Usandıq) 2007
Əli Əmirli – “Varlı qadın” (Həvva Zərinskaya) 2008
İ.Qasımov və H.Seyidbəyli – “Sən nə üçün yaşayırsan” (Pəri) 2009
Orxan Kamal – “Yad qızı” (Həcər) 2009
İ.Qasımlı – “Akademik kürəkən” (Səltənət) 2009
Firuz Mustafa – “Neytral zona” (Ümidə) 2011
S.S.Axundov – “Tamahkar” (Hacı Salehin övrəti) 2012
Ə.Haqverdiyev – “Kimdir müqəssir” (Bahar) 2013
E.Hüseynbəyli – “İmperator” (Qadın) 2014
Aleksandr Çxaidze – “Sərbəst mövzu” (Salome Qeorgiyevna) 2015
İskəndər Coşqun – “Ana laylası” (Sənəm) 2015
Göyçək Fatmanın nağılı (Öygey ana) 2016
Cəfər Cabbarlı – “Solğun çiçəklər” (Gülnisə) 2016
Əbdürrəhim bəy Haqverdiyev – Bəxtsiz cavan (Mehri xanım) 2017
Vaqif Səmədoğlu – “İntihar” (Kleopatra) 2018
Əhməd Orucoğlu – “Qulluqçu axtarıram” (Sona) 2022
İskəndər Coşqun – “Ana laylası” (Sənəm qarı) 2023
Turqut Özakman – “Adət” (Nənə) 2024