Rüfət Tofiq oğlu Əhmədov

Rüfət Tofiq oğlu Əhmədov – 11.08.1989-cu il Cəbrayıl rayonun Daş Veysəlli kəndində anadan olub. 1996-cı ildə Sabirabad şəhərində M.Ə.Sabir adına 1 saylı orta məktəbə daxil olub, 1998-ci ildə həmin məktəbi bitirib. Orta təhsilini D.Nəbiyev adına 178 saylı məktəbdə davam etdirib. 2007-ci ildə həmin məktəbi bitirib.

2007-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatr və kino aktyoru fakültəsinə daxil olub, 2011-ci ildə bitirib.

2013-2014-cü ildə Yevlaxda fəaliyyət göstərən ELTV kanalında aparıcı kimi fəaliyyətə başlayıb.

2024-cü ildə Qazax Dövlət Dram Teatrında aktyor kimi fəaliyyətə başlayıb. 2024-cü ilin avqust ayında gənc rejissor Abdulla Elşadlının Semuel Bekketin “Sözsüz əməl” pyesinin motivləri əsasında hazırladığı “Səmirsiz” (Absurd sükut) mono tamaşasında canlandırdığı obrazı böyük maraqla qarşılanıb.

İfa etdiyi rollar:

Semuel Bekket – “Səmirsiz” (Absurd sükut) mono tamaşası 2024

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir