Qazax Dövlət Dram Teatrının kollektivi Mədəniyyət TV-nin qonağı olub – VİDEO+FOTO

Qazaxıstanda keçirilən TEATR ALL” III Beynəlxalq Teatr Festivalından qayıdan Qazax Dövlət Dram Teatrının kollektivi Mədəniyyət TV-nin “Səhər çağı” proqramının qonağı olub.
Proqramda qonaq olan teatrın baş rejissoru, əməkdar artist Musa Eyyubov, rejissor, əməkdar artist Xəzər Gəncəli, aktrisa Minayə İbrahimova, aktyor Yusif Qoca festivalda əldə etdikləri uğurlarla bağlı təsüratlarını bölüşüblər.
Eyni zamanda Qazaxıstan və Azərbaycan teatrlarının fərqli və oxşar cəhətləri müzakirə olunub.
Qeyd edək ki, Qazax Dövlət Dram Teatrı noyabrın 3-də Qazaxıstanın Astana şəhərində keçirilən “TEATR ALL” III Beynəlxalq Teatr Festivalında iştirak edib.

Teatr yazıçı, dramaturq Roza Mukanovanın eyniadlı tragikomediyası əsasında hazıladığı “Çadır altında – mən” tamaşasını M.Qorki adına Qazaxıstan Dövlət Akademik Rus Dram Teatrında nümayiş etdirib. Bu festival çıxışı tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Festival sonra mükafatlandırma həyata keçirilib. Tamaşanın aktyorlarından əməkdar artist Xəzər Gəncəli “ən yaxşı aktyor” nominasiyasında mükafata layiq görülüb.

Tamaşanın quruluşçu rejissoru əməkdar artist Musa Eyyubov, quruluşçu rəssamı Aysan Omarova, musiqi tərtibatçısı Vahid Bayramovdur.

“TEATR ALL” III Beynəlxalq Teatr Festivalı Abay Dövlət Mükafatı laureatı, Qazaxstanın istedadlı xoareoqrafı, caz artisti, yazıçı, dramaturq, əməkdar incəsənət xadimi Roza Mukanovanın 60 illik yubileyinə həsr olunmuşdu.

Festivalda Qazax Dövlət Dram Teatrı ilə yanaşı, Qazaxıstan, Qırğızıstan respublikalarının müxtəlif teatrları iştirak edirdi.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir