Nazilə Razbor qızı Məmmədova – 01.11.1974-cü ildə Qazax rayonu Aşağı Əskipara kəndində anadan olub. 1981-ci ildə Aşağı Əskipara kənd məktəbinə daxil olub, 1990-cı ildə həmin məktəbin 8-ci sinfini bitirib.
1991-ci ildə Gəncə şəhərində 10 aylıq mühasibat uçotu kursunu bitirib.
2003-cü ildən Qazax Dövlət Dram Teatrında aktrisa kimi fəaliyyət göstərir. Teatrda bir sıra tamaşada baş rolda çıxış edib.
İfa etdiyi rollar:
Əli Əmirli – “İyirmi ildən sonra” (İşıq) 2003
Firuz Mustafa – “Sənə sözüm var” (Gülya) 2003
Əhməd Orucoğlu – “Pul dəlisi” (Gülnaz) 2005
Cəfər Cabbarlı – “Vəfalı Səriyyə” (Səriyyə) 2005
Firuz Mustafa – “Qarışqa tələsi” (Amirə) 2006
Əli Əmirli – “Köhnə ev” (Zəhra) 2006
Ş.Qurbanov – “Sənsiz” (Maral) 2006
Elçin – “Mənim ərim dəlidir” (Arvad) 2008
Orxan Kamal – “Yad qızı” (Nazan) 2009
İ.Qasımlı – “Akademik kürəkən” (Zümrüd Alışova) 2009
Əhməd Orucoğlu – “Sonuncu seriya” (Səlimə) 2010
S.S.Axundov – “Tamahkar” (Hacı Salehin övrəti) 2012
B.Vahabzadə – “Yağışdan sonra” (Nihal) 2012
Ə.Haqverdiyev – “Kimdir müqəssir” (Mələk) 2013
Əli Əmirli – “Kişi və qadın” (Ofa) 2014
Aleksandr Çıxaidze – “Sərbəst mövzu” (Angelina) 2015
Elçin – “Cəhənnəm sakinləri” (Qadın) 2015
İskəndər Coşqun – “Ana laylası” (Çiçək) 2015
Göyçək Fatmanın nağılı (qız) 2016
Cəfər Cabbarlı – “Solğun çiçəklər” (Pəri) 2016
Elçin – “Dəlixanadan dəli qaçıb” (Şəfqət bacısı) 2016
Vaqif Səmədoğlu – “İntihar” ((Dalila Xanım) 2018
Əli Əmirli – “Xoşbəxt Gün” (ana) 2018
Con Steynberq – “Siçanlar və adamlar” (Carleyn arvadı) 2019
Əhməd Orucoğlu – “Pul dəlisi” (Gülnar) 2019
Sevinc Elsəvər – “Həyat elə bir oyun ki” (Gülnaz) 2020
Əhməd Orucoğlu – “Qulluqçu axtarıram” (Gövhər) 2022
Ağalar İdrisoğlu – “İnan mənə” (Yasəmən) 2023
İskəndər Coşqun – “Çal oyna” (Ceyran) 2024
Turqut Özakman – “Adət” (Böyük gəlin) 2024
Vüsal Hüseynov – “Keçəlin toyu” (nənə) 2024