Məmməd Fevral oğlu Hacaliyev – 27.05.1966-cı ildə Qazax rayonunda anadan olub.
Qazax şəhəri 117 №-li texniki peşə məktəbinin 2-ci dərəcəli çilingər ixtisasını bitirib. 1991-ci ildən Qazax Dövlət Dram teatrında səhnə maşinisti vəzifəsində çalışır.
Həvəskar aktyor kimi teatrda bir çox rollar ifa edib.
İfa etdiyi rollar:
Yusif Əzimzadə – “Nəsrəddin” (Əliş) 1994
Vaqif Səmədoğlunun – “Mamoy kişinin yuxuları” (Əsgər) 2001
Süleyman Sani Axundov – “Tamahkar” (Əliqulu) 2002
Sabit Rəhman – “Yalan” (Zəki) 2002
Əbdürrəhim bəy Haqverdiyev – “Pəri cadu” (Əcinə) 2003
Əbdürrəhim bəy Haqverdiyev – “Bəxtsiz cavan” (Kərbayev Bəndalı) 2004
Nəcəf bəy Vəzirov – “Daldan atılan daş topuğa dəyər” (Əbdürrəhim) 2004
Əli Əmirli – “Onun iki qabırğası” (Dədə) 2004
Heydər Qasımlı – “Akademik kürəkən” (Şikayətçi kişi) 2009
Mirzə Fətəli Axundov – “Hekayəti xırsı-quldurbasan” (Vəli) 2012
Oqtay Altunbay – “Gecə yarıdan keçəndə” (baş vəzir)
Vaqif Səmədoğlu – “İntihar” (ikinci kişi) 2018
Oktay Altunbay – “40-cı otaq” 2019
Dəniz quldurlarının Yeni il məcaraları (2-ci quldur) 2024