İlqar Oruc oğlu Hacaliyev – 06.05.1965-ci ildə Qazax şəhərində anadan olub. 1982-ci ildə Qazax rayonunun Ağköynək kəndində orta məktəbi bitirib.
1983-cü ildə texniki peşə məktəbini bitirib.
1991-ci ildən teatrda peşəkar aktyor kimi fəaliyyət göstərir.
60-dan çox rolda çıxış edib.
İfa etdiyi rollar:
Ramiq Muxtar – “Şəhərli kürəkən” (Qədir) 1997
N.B.Vəzirov – “Yağışdan çıxıb yağmura düşdük” (Mahmud) 1997
İlyas Əfəndiyev – “Məhv olmuş gündəliklər” (Qənimət) 1998
Rövşən Ağayev – “Yeddi oğlan bir qız” (Elman) 1998
K.Xuqayevin – “Arvadımın əri” (Bulat) 2000
M.F.Axundov – “Müsyo Jordan və Dərviş Məstəli şah” (Şahbaz bəy) 2000
Vaqif Səmədoğlu – “Mamoy kişinin yuxuları” (Qatar ) 2001
Altay Məmmədov – “Yadındamı” (Dinar) 2001
Süleyman Sani Axundov – “Tamahkar” (İmran) 2002
Sabit Rəhman – “Yalan” (Şamil) 2002
İ.Əliyev – “Molla Nəsrəddin və əzrayıl” (Rəcəb) 2002
Əli Əmirli – “İyirmi ildən sonra” (Səfir) 2003
Firuz Mustafa – “Sənə sözüm var” (Nağı) 2003
Əbdürrəhim bəy Haqverdiyev – “Bəxtsiz cavan” (Fərhad) 2004
Nəcəf bəy Vəzirov – “Daldan atılan daş topuğa dəyər” (İsgəndər bəy) 2004
Bəxtiyar Vahabzadə – “Kimdir haqlı” (Fikrət) 2004
Cəfər Cabbarlı – “Vəfalı Sərriyə” (Rüstəm) 2005
Firuz Mustafa – “Qarışqa tələsi” (Xanış) 2006
S.Qurbanov – “Sənsiz” (Fərhad) 2006
Seyfəddin Dağlı – “Oyun bitdi” (Şoşan) 2007
Mar Baycıyev – “Duel” (İskəndər) 2008
Əli Əmirli – “Varlı qadın” (Əlvan) 2008
Elçin – “Mənim ərim dəlidir” (Partiya lideri) 2008
H.Seyidbəyli – “Sən nə üçün yaşayırsan” (Pərviz) 2009
N.B.Vəzirov – “Ağa Kərimxan Ərdəbili” (Rəhim) 2009
Orxan Kamal – “Yad qızı” (Nihad) 2009
İ.Qasımlı – “Akademik kürəkən” (Pulu kişi) 2009
S.S. Axundov – “Tamahkar” (Məhərrəm bəy) 2012
Bəxtiyar Vahabzadə – “Yağışdan sonra” (Əmin) 2012
M.F.Axundzadə – “Xırs quldurbasan” (Namaz) 2012
Əbdürrəhim bəy Haqverdiyev – “Kimdir müqəssir” (Mahmud) 2013
E.Hüseynbəyli – “İmperator” (kişi) 2014
Əli Əmirli – “Kişi və qadın” (Cəmil) 2014
İlyas Əfəndiyev – “Sən həmişə mənimləsən” (Fərəc) 2014
Elçin – “Cəhənnəm sakinləri” (kişi) 2015
İskəndər Coşqun – “Ana laylası” (Qoşqar baba) 2015
Nağıl Tamaşa – “Göyçək Fatma” (Carçı lələ) 2016
Cəfər Cabbarlı – “Solğun çiçəklər” (Əbdül) 2016
Elçin – “Dəlxənadan dəli qaçıb” (Professor) 2016
Ə.Haqverdiyev – “Bəxtsiz cavan” (Kərbəlayı Bəndalı) 2017
Vaqif Səmədoğlu – “İntihar” (Şəkər Bədbin) 2018
Əli Əmirli – “Xoşbəxt gün” (Ata) 2018
Oktay Altunbay – “40-cı otaq” 2019
Con Steynberq – “Siçanlar və adamlar” (Curley) 2019
Əhməd Orucoğlu – “Pul dəlisi” (Teymur) 2019
Altay Məmmədov – “Yadındamı” (Səlim) 2022
Nəcəf bəy Vəzirov – “Dələduz” (Fərraş) 2022
İskəndər Coşqun – “Ana laylası” (Baba) 2023
İlqar Fəhmi – “Son reportaj” (Seymur) 2023
Əli Əmirli – “Onun iki qabırğası” 2024