Aysan Əmir qızı Omarova

Aysan Əmir qızı Omarova – 1997-ci ildə İran İslam Respublikasının Tehran şəhərində anadan olub. Bakı şəhərində böyüyüb. 2003-cü ildə Nərimanov rayon 258 saylı tam orta məktəbə daxil olub, 2014-cü ildə bitirib.

Elə həmin il Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının DTS fakültəsinə daxil olub, bədii-keramika ixtisasına yiyələnib. 2018-ci ildə akamdemiyanı bitirəndən sonra bir sıra özəl müəssisədə çalışıb.

2022-ci ildən Qazax Dövlət Dram Teatrında quruluşçu rəssam kimi fəaliyyətə başlayıb. Fəaliyyətə başladığı gündən bir sıra tamaşanın səhnə-geyim tərtibatını hazırlayıb.

2023-cü ildə Azərbaycan Rəssamlar ittifaqının gənc üzvü seçilib. 2024-cü ildə ilk qrup sərgisi təşkil edilib. 2024-cü ilin oktyabr ayında Qazax şəhərində yerləşən Gənclər evində onun təşəbbüsü ilə “Ch-grup art studio” adlı rəsm studiosu fəaliyyətə başlayıb.

Quruluşunda iştirak etdiyi tamaşalardan nümunələr:

Nəcəf bəy Vəzirov. “Dələduz” pyesi – 2022

Əhməd Orucoğlu. “Qulluqçu axtarıram” pyesi – 2022

Jalə İsmayıl. “Min bir gecəlik kitabxana” pyesi – 2022

Altay Məmmədov. “Yadındamı” pyesi – 2022

Mirojek (polyak). “Mühacirlər” pyesi – 2023

İlqar Fəhmi. “Son reportaj” pyesi – 2023

Əli Əmirli. “Onun iki qabırğası” pyesi – 2024

İsgəndər Coşqun. “Çal oyna” pyesi – 2024

Əli Əmirli. “Şəhid atası” (Müəllifin “Xeyir xəbər” pyesinin motivləri əsasında) – 2024

Roza Mukanova (qazax). “Bir çətin altında – mən” pyesi – 2024

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir