Qazax Rayon İcra Hakimiyyəti, Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi və Qazax Dövlət Dram Teatrının Novruz bayramı ilə bağlı birgə tədbiri keçirilib.
Şəhid ailələrinin iştirakı ilə baş tutan tədbiri giriş sözü ilə Qazax rayon icra başçısının birinci müavini Məmməd Aliyev açıb. Bayram münasibəti ilə tədbir iştirakçılarını təbrik edib.
Daha sonra Qazax Dövlət Dram Teatrının aktyorlarının ifasında müxtəlif bayram tamaşaları nümayiş etdirilib.
Tədbir Qazax rayonunda fəaliyyət göstərən, eləcə də Ağstafa və Tovuz rayonlarından dəvət edilmiş musiqiçilərin ifalarında müxtəlif musiqi nömrələri ilə başa çatıb.