Qazax Dövlət Dram Teatrı “Şəhid atası” tamaşası ilə 10 dekabr 2024-cü il tarixdə Ağdam Dövlət Dram Teatrının qonağı olub.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin birgə layihəsi çərçivəsində yazıçı Əli Əmirlinin “Xeyir xəbər” pyesinin motivləri əsasında hazırlanmış səhnə əsəri tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.
Tamaşanın quruluşçu rejissoru Qazax Dövlət Dram Teatrının baş rejissoru, əməkdar artist Musa Eyyubov, quruluşçu rəssamı Aysan Omarova, musiqi tərtibatçısı Vahid Bayramovdur.