Yanvar 8-i, 19:00-da Qazax Dövlət Dram Teatrının “Love Butik” adlı sevgi dramı “Mədəniyyət” kanalının canlı efirində nümayiş olunacaq.
Tamaşa yazıçı Jalə İsmayılın “Ametist xanım və Apatit bəy” pyesi əsasında Qazax Dövlət Dram Teatrında səhnələşdirilib, premyerası olub.
Quruluşçu rejissoru Mirzə Nicatdır.
Səhnə əsəri “Mədəniyyət” kanalı, Qazax Dövlət Dram Teatrı, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin birgə layihəsi olan “Bölgə teatrlarının Bakı premyerası” çərçivəsində göstəriləcək.