
Musa Eyyubov Azərbaycan Respublikası Prezidentinin mükafatına layiq görülüb
Qazax Dövlət Dram Teatrının baş rejissoru, Əməkdar artist Musa Eyyubov növbəti dəfə Azərbaycan Respublikası Prezidentinin…
Qazax Dövlət Dram Teatrının baş rejissoru, Əməkdar artist Musa Eyyubov növbəti dəfə Azərbaycan Respublikası Prezidentinin mükafatına layiq görülüb. Bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncama əsasən, səhnə fəaliyyəti ilə bağlı bir qrup aparıcı incəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatları verilib. Musa Eyyub oğlu Eyyubov 12 aprel 1960-cı ildə Qazax şəhərində anadan olub. 1966-1976-cı illərdə…
Mayın 3-ü, saat 19:00-da Qazax Dövlət Dram Teatrında “Bir gecənin nağılı” tamaşası qazaxlı tamaşaçılar üçün nümayiş etdirilib. Tamaşaçılar tərəfindən maraqla qarşılanan və alqış sədaları ilə müşayiət edilən səhnə əsəri iki gəncin gecə saatlarında parkda təsadüfi nağıl kimi qarşılaşması ilə başlayır, onların gündəlik həyatda qarşılaşdıqları çətinliklərə, qorxularına toxunur. Komediya janrında hazırlanan və gənclər üçün nəzərdə tutulan…
Aprelin 12-si saat 19:00-da Qazax Dövlət Dram Teatrında “Teleqram” tamaşasının premyerası baş tutub. Səhnə əsərinin quruluşçu rejissoru Əməkdar artist, sənətşünaslıq üzrə fəlsəfə doktoru Xəzər Gəncəlinin sözlərinə görə, tamaşa bir ailənin qarşı-qarşıya gəldiyi sosial təzadlarla ziddiyyətindən bəhs edir: “Əsas ötürmək istədiyimiz mesaj odur ki, ailədə bütün konfliktləri ancaq mədəniyyət həll edə bilər, yəni mədəni dialoq. Fikrimizi…
Martın 21-i saat 12:00-da Qazax Dövlət Dram Teatrının Novruz bayramı münasibəti ilə uşaqlar üçün hazırladığı “Ünsürlərin sehri – Bulağın sirri” adlı nağıl tamaşa nümayiş etdirilib. Təbiətin oyanışını özünəməxsus şəkildə ifadə edən səhnə əsəri balaca tamaşaçılar tərəfindən maraqla qarşılanıb, aktyorların performansı alqışlarla müşayiət olunub. Teatrın aktyoru Ceyhun Vəlizadənin eyni adlı pyesi əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru…
Qazax Rayon İcra Hakimiyyəti, Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi və Qazax Dövlət Dram Teatrının Novruz bayramı ilə bağlı birgə tədbiri keçirilib. Şəhid ailələrinin iştirakı ilə baş tutan tədbiri giriş sözü ilə Qazax rayon icra başçısının birinci müavini Məmməd Aliyev açıb. Bayram münasibəti ilə tədbir iştirakçılarını təbrik edib. Daha sonra Qazax Dövlət Dram Teatrının aktyorlarının ifasında müxtəlif…
Martın 17-i saat 15:00-da Qazax Dövlət Dram Teatrında “Teleqram” tamaşasının ictimai baxışı keçirilib. Səhnə əsərinin quruluşçu rejissoru Əməkdar artist, sənətşünaslıq üzrə fəlsəfə doktoru Xəzər Gəncəlinin sözlərinə görə, tamaşa bir ailənin qarşı-qarşıya gəldiyi sosial təzadlarla ziddiyyətindən bəhs edir: “Əsas ötürmək istədiyimiz mesaj odur ki, ailədə bütün konfliktləri ancaq mədəniyyət həll edə bilər, yəni mədəni dialoq. Fikrimizi…
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında 10 Mart – Milli Teatr Gününə həsr olunmuş təntənəli bayram tədbiri və teatrın “Bölgə teatrlarının Bakı premyerası” layihəsinin bağlanış mərasimi keçirilib. Layihədə Samuel Bakketin eyniadlı mono-pyesinin əsasında hazırlanan “Səmirsiz” mono-tamaşası və Jalə İsmayılın “Love Butik” tamaşası ilə iştirak edən Qazax Dövlət Dram Teatrı iki nominasiyada qalib olub. Belə ki,…
Fevralın 25-i saat 12:00-da Qazax Dövlət Dram Teatrında XX əsrin qanlı faciəsi – Xocalı soyqırımına həsr edilmiş “Səsin mənəm, Xocalı!” adlı ədəbi-bədii kompozisiya nümayiş etdirilib. Xocalı faciəsinə həsr edilmiş müxtəlif şeir nömrələrindən ibarət ədəbi-bədii kompozisiyanın ssenari müəllifi və quruluşçu rejissoru Ceyhun Vəlizadədir. Rolları Əməkdar artist Hacı Hacıyev, Nəsimi Aşbazov, Rüfət Ömər, Ceyhun Vəlizadə, Xəyalə Eminalıyeva,…
Fevralın 22-i saat 12:00-da Qazax Dövlət Dram Teatrında “Arqon” mono-tamaşasının ictimai baxışı keçirilib. Səhnə əsəri 35-40 yaşlı bir şəxsin ona qoyulmuş ada görə psixoloji sarsıntılar keçirərək intihar həddinə çatmasından bəhs edir. Yazıçı-dramaturq Şəbnəm Xeyrullanın eyni adlı mono-pyesinin əsasında hazırlanan tamaşa tamaşaçılar tərəfindən maraqla qarşılanıb.Tamaşanın quruluşçu rejissoru, musiqi tərtibatçısı Allahverdi Musayev, rəssamı Aysan Omarovadır. Arqon obrazını Yusif Qoca canlandırır.
Fevralın 22-i saat 12:00-da Qazax Dövlət Dram Teatrında Şəbnəm Xeyrullanın “Arqon” mono-pyesi əsasında hazırlanan eyniadlı tamaşanın ictimai baxışı keçiriləcək. Tamaşanın quruluşçu rejissoru, musiqi tərtibatçısı Allahverdi Musayev, rəssamı Aysan Omarovadır. Arqon obrazını Yusif Qoca canlandırır. Hər kəs dəvətlidir.